Friday, March 18, 2011

motorola xoom vs ipad 2

Fevralın sonu - martın əvvəlində planşet bazarını bir az da irəli atacaq hadisələr baş verdi. Fevralın sonunda meydana yeni oyunçu gəldi - Motorola öz Xoom-u ilə və bir neçə gün sonra hazırda bu sahədə rəqib tanımayan Apple öz iPad-nin 2-ci versiyasını satışa buraxdı.
   Motorola Xoom nədir? Bu Motorolanın Androidin  "Honeycomb" adlandırılan 3-cü versiyalı ƏS-nin üzərində işləyən planşetidir. Bu günə kimi digər istehsalçılar tərəfindən planşetlər Androidin əvvəlki versiyaları üzərində hazırlansa da,  bu versiyalar əsasən smartfonlar üçün nəzərdə tutulduğundan planşetlerdən gözlənilən nəticələr alınmadı. Honeycomb isə planşetlərin də fiziki göstəricilərinin nəzərə almaqla hazırlanib.
   iPad 2-nin geniş təqdimata ehtiyacı yoxdur. "Bestseller" iPad-in 1-ci versiyasının yenilənmiş versiyasıdır, iOS 4.3-ün üzərində işləyir. Aşağıda  2 planşetin müqayisəli şərhini oxuya bilərsiniz
   Beləliklə, başlayaq prosessorlardan. Motorola Xoom 1 Ghz tezlikli 2 nüvəli Nvidia Tegra prossessorlarıyla gəlir. iPad 2 Apple-in istehsalı olan 1 Ghz tezlikli 2 nüvəli A5 prosessorloruyla təchiz olunub. Prosessorların texniki göstəricilərinə baxdıqda demə olar ki bu sahədə  hər 2 planşet eyni səviyyədədir.
   Motorola Xoom 1 GB əməli yaddaşla gəlir. Bu isə öz növbəsidə daha yaddaş tutumlu programlardan, oyunlardan istfadəyə imkan verir. Apple iPad 2-də əməli yaddaş 256 MB-dir.
   Xoom-un hal hazırda 1 versiyada mövcuddur ki bu da 32 GB daxili yaddaşla gəlir. Amma ehtiyac yaranarsa, SD kartlarla yaddaşı artiqmaq olar. iPad 2 3 versiyada mövcuddur: 16, 32 , 64 GG-lıq. Əlavə yaddaş artırılmasına imkan yoxdur.
   Xoom  10.1 düym monitorla təchiz olunub 1280:1024 ölçülərində təsvirlərlə işləyə bilir. mini-HDMI çıxışı var,   iPad 2-də 9.7 düym monitor və 1024:768 ölçülü təsvirlərlə işləyir, mini-HDMİ üçün əlavə 40$ ödəmək lazımdı. Hər 2 planşet ön və arxa kameralarla təchiz olunub, video çat və konferesiyalar keçirmə kimi imkanları var. 
   Xoom hal-hazırda Google Chrome bələdçisi ilə təchiz olunub və martın 18-dən başlayaraq Adobe Flash plugini pulsuz endirməklə  internetdə fləş-contentdən də yararlanmaq olar. Apple, fləşi rəsmi olaraq artıq dəstəkləmir.
   iPad-in Xoom -dan əsas üstünlükləri qiymət və marketin genişliyindədir. iPad yuxarıda yazığım kimi 3 versiyada gəlir. Amerikada 16 Gb-lıq iPad  ( tək WiFi) bazarda 499$, 32 Gb 599$  64 Gb 699$, Motorola Xoom tək variantda, 799 $-a gəlir. Amma martın 27-də, Motorola 7 düym ölçüdə Xoom-larında buraxılacağını vəd edir, qiymətlər barəsidə hələki heç nə məlum deyil.
   iPad-in çox geniş çeşidli program təminatı var. iPhone üçün yazılmış programlar iPad-də də işləyir.  Xoom üçün bunu demək olmaz. Hal-hazırda Xoom üçün çox az, sayıla bilən qədər program var. Amma hələ smartfonlar üçün Android Marketin kiçik bir zaman ərzində Apple Store-a çatması burda da oxşar vəziyyətin olacağını göstərir.
  Bu il bu sahədə çox dəyişikliklərin baş verəcəyini demək olar. Bu il ərzində Hp, Blackberry, LG , Samsung HTC və digərlərinin də planşetlərinin buraxılacağı gözlənilir.

No comments:

Post a Comment