Sunday, February 6, 2011

VMware "memory overcommitment"

   Bu yaxınlarda virtualizasiya dünyasının əsas oyunçularından olan VMware ESX-in vacib elementlerindən olan memory overcommitment haqqında bir mübahisənin iştirakçısı oldum və bu barədə blogda yazmaq qərarına gəldim..Öncə bir az ESX haqqında..
   ESX VMware-nin enterprise yönümlü virtualizasiya həllidir. Birbaşa fiziki avadanlığa yüklənilir ( bare metal), hər hansı host ƏS-ə ehtiyac yoxdur. Hipervizorun əsasında  serviz konsolu dayanir. Konsolun əsasını RedHat nüvəsinin modifikasiya olunmuş versiyası və VMware tərəfindən yazılmış bəzi utilitlər təşkil edir.
   İndi əsas məsələ haqqında...Memory overcommitment nədir və necə işləyir? Bu, əslində, host maşında mövcud olandan artıq RAM-ın qonaq maşınlara verilməsidir. Məsələn, deyək ki host serverdə 10 Windows XP, və ya 10 Linux ƏS var. Hər bir əməliyyat sistemi işə salındığı zaman müəyyən .dll-ləri, library-ləri sistemin keşinə yükləyir, həmin fayllar ƏS-nin RAM-ında saxlanılır və ƏS iş prosesində həmin fayllardan istifadə edir. ESX-in misalında, 10 virtual Windows XP maşın işlək vəziyyətdə olarsa, eyni fayllar  10 nüsxədə müxtəlif maşınlar tərəfindən istifadə olunur. Overcommitment texnologiyasına görə, VMware ESX eyni fayllardan istifadə edən bir neçə ƏS-nin ( məsələn , Windows ailəsinin) yükləndiyi zaman eyni faylların bir neçə dəfə yüklənməsi əvəzinə, 1 nüsxədən istifadəsini təmin edir. Bunun üçün ESX RAM bloklarının hash-ini hesablamaqla nail olur, yəni "hash sum"-u eyni olan blokları yenidən yaratmır. Bunun sayəsində hər bir vrtual maşın daha az RAM-dan istifadə edir. Məsələn, 10 virtual maşının hərəsinə 1 GB RAM ayırsaq və memory overcommitmentden istifadə etməsək, onda host servere min 10 gb ram lazımdır. Amma overcommitmentin tətbiqi ilə, hər maşını istifadə etdiyi RAM təqribən 600-800 MB olur ki bu da serverdən təqribən 6-8 GB ram istifadə edir. Nəticədə sizi əlavə daha bir neçə maşın yaratmaq imkanınız yaranır. VMwarenin heç bir rəqibi hələki bu texnologiya qədər effektiv alternativə yaxınlaşmayıblar )

No comments:

Post a Comment