Tuesday, January 25, 2011

MCİTP:EA

Got my MCİTP:EA certificate today))..spent 7 monthes to pass exams...haven't yet decided what do i want now. *nix path ( RHCSA, RHCE)  or Microsoft's messaging...

DLNA

     Bu yaxınlarda aldığım Samsung markalı tv-nin LAN girişi dünən yoxlamaq qərarına gəldim..Demə Samsung da Sony kimi, artıq ən yeni məhsullarında şəbəkə dəstəyi ilə təmin etməyə başlayıb (Sony, məsələn, bütün istehsal etdiyi avadanlıqların İPv6 dəstəyi ilə buraxılacağını elan etmişdi). LAN port həm DHCP, həm də statik ünvanla işləyir.  Son modellərdə DLNA standartlarıyla işləyən proqram təminatı yüklənib. Bu o deməkdi ki bu standartı dəstəkləyən 240-a yaxın avadanlıq ( bura smartfonlar, mediabokslar, kompüterlər və bir çox digərləri daxildir)  istehsalçılarında yerləşən media fayllarınızı ( istər musiqi, istərsə də video) birbaşa tv-nizdən seyr edə bilərsiniz. Həmçinin ev kompüternizdən :) . Bunun üçün DLNA standartı dəstəkələyən program təminatının kompüterinizə yükləməniz lazımdır (sözsüz ki işlətdiyiniz əməliyyat sistemindən asılı olaraq). Və sonra  internetdən yüklədiyiniz filmləri, HD kameranizla çəkdiyiniz video və şəkilləri  böyük ekranda zövqlə izləyirsiniz...
Mən bu məqsədlə miniDLNA istifadə edirəm....