SSH serverin idarəedilməsi üçün təhlükəsiz tunnelin qurulmasını təmin etsə də, sessiya qurulana qədər arzuolunmayan şəxslərdən ( oxu crackerlər) müdafiə önə çıxan məsələlərdəndir. Şəxsi təcrübəmdə istifadə etdiyim metodları aşağıda qeyd edəcəm.
Açıq açarlar (Public keys). Açıq açarlardan istifadə etməklə, serverinizə giriş hüququnu yalnız açarların olduğu istifadəçilərə vermiş olursunuz. Bunun üçün client tərəfdən generasiya olunmuş açıq açarları serverdə .ssh/authorized_keys faylına əlavə etmək lazımdır. Açarların özünə də şifrə ( passphrase) qoymaqla metodun effektivliyini bir az da artırmış olursunuz. Mənfi cəhətlərindən 1-i açarları özünüzlə daşıma zərurətidir, açarlar olmadan serverinizə qoşula bilməyəcəksiniz.
İstifadəçi. Giriş hüququnu ancaq müəyyən istifadəçilərə verməklə digər istifadəçilərin sistemə daxil olmasının limitləyirsiniz ( hətta doğru istifadəçi adı və şifrəni bilsə belə). Bunun üçün sshd_config faylına
#AllowUsers farid samir mahir
sətrini əlavə etməniz lazımdır. Yeri gəlmişkən, elə həmin faylda da root istifadəçisinin ssh-lə daxil olmaq hüququnu limitləmək olar:
#PermitRootLogin no
Port. SSH serverin defolt portunu dəyişməklə 1 balaca gizlənə bilərsiniz, amma açıq olan SSH portu istənilən halda şəbəkə skanerləri vasitəsilə tapmaq olur.

#Port 22
DenyHosts. Serveriniz brutforslardan qoruyacaq 1 alət. Yükləndikdən sonra SSH portunuza gələn bütün müracitələri "dinləyir" , 1 neçə uğursuz cəhddən sonra müraciət edən İP-ni blok listə salır.